UFC-nin prezidenti 4 ən güclünü açıqladı

UFC-nin prezidenti Dana Uayt turnirin tarixinin ən güclülərinin adını açıqlayıb.

Sportline.az xəbər verir ki, qurum rəhbəri bu siyahıya 4 idmançını daxil edib.

Onun fikrincə, Con Cons, Ronda Rauzi, Jorj-Sen Pyer və Konor Makqreqor ən yaxşılar sırasındadır.

"Con Consun adını dəqiq çəkəcəm. Ardınca Ronda Rauzi. O, olmasaydı qadınlar UFC-yə gəlməzdilər. Den Pyersiz də keçinmək olmaz. Və əlbəttə ki, Konor Makqreqor. MMA-nı məhz o, qlobal səviyyəyə çatdırdı", - deyə Uayt ESPN-ə müsahibəsində fikrini açıqlayıb.

Qeyd edək ki, UFC qarışıq döyüş növləri üzrə ən nüfuzlu turnir sayılır.