Ukrayna millisi Almaniya klubu ilə yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Ukrayna milli komandasının yoldaşlıq görüşlərindəki ilk rəqibi bəlli olub.

Sportline.az xəbər verir ki, Aleksandr Petrakovun baş məşqçi olduğu komanda dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Almaniyada "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək.

Qarşılaşma mayın 11-də oynanılacaq.

Qeyd edək ki, Ukrayna millisi mayın 31-i və ya iyunun 1-də pley-off mərhələsinin yarımfinalında Şotlandiya ilə üz-üzə gələcək. Komanda qələbə qazanacağı təqdirdə, iyunun 5-də Uelslə görüşəcək. DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.