Ukrayna millisi Rusiya ilə oyuna çıxmadığı üçün texniki məğlubiyyət alıb
Qılıncoynatma üzrə kişilərdən ibarət Ukrayna millisi Misirin paytaxtı Qahirədəki Dünya Kubokunda texniki məğlubiyyət alıb.
Sportline.az "Sport.ua" nəşrinə istinadən xəbər verir ki, buna yığmanın Rusiya ilə 1/8 final görüşünə çıxmaması səbəb olub.
Ukraynalı idmançılar bu rəqibə qarşı duelə etiraz ediblər və texniki məğlubiyyətlə üzləşiblər.
Qeyd edək ki, komandanın heyətində Klod Yunes, Maksim Qaravski və Andrey Poqrebnyak yer alıb.