Ulduz futbolçu sıradan çıxdı

Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland zədələnib.

Sportline.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Marko Roze məlumat verib. O, norveçli hücumçununun Almaniya Bundesliqasının növbəti turunda "Arminiya"ya qarşı oynamayacağını deyib: "O, bud nahiyəsindən aldığı zədə səbəbindən bir neçə həftə oynamayacaq".

Qeyd edək ki, Haaland bu mövsüm Bundesliqada 6 matçda 9 qol vurub.