Ulduz futbolçu "Bavariya"nın hədəfində

"Bavariya" " Çelsi"nin müdafiəçisi Antonio Rüdigerlə maraqlanır.

Sportline.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi alman futbolçuya ilinə 12 milyon avro maaş təklif edə bilər. Bu osə onun "Çelsi"də aldığı maaşdan iki dəfə çoxdur.

"Bavariya" artıq futbolçunun agenti və qardaşı Sar Senesi ilə əlaqə saxlayıb.

Xəbərdə o da qeyd olunub ki, "Çelsi" Rudiqerə maaşının artacağı müqavilə təklif etsə, oyunçu London klubunda qalmağa üstünlük verəcək .