Ulduz futbolçu İstanbul nəhəngi ilə ayrılır
“Fənərbağça” Eder Valensiya ilə yollarını ayıra bilər.
Sportline.az Fotomaç.com-a istinadla xəbər verir ki, onun Braziliyanın "İnternasional" klubuna keçəcəyi gözlənilir.
"Fənərbağça" Super liqada "Beşiktaş"a məğlubiyyətini kubok oyununda sığortalasa da azarkeşlər komandalarının göstəricilərindən məmnun deyil.
Bu səbəbdən bəzi oyunçularla yollar ayrılacaq.
33 yaşlı Ekvadorlu futbolçu da bu siyahıda yer alır.