Ulduz futbolçu karyerasını İtaliyada davam etdirəcək

Argentina millisinin və "Mançester Yunayted"in sabiq qapıçısı Serxio Romeronun yeni klubu müəyyənləşib

Sportline.az xəbər verir ki, 34 yaşlı qolkiper "Venesiya" ilə müqavilə imzalayıb. Bu barədə A seriyasının saytı məlumat yayıb. Onunla 2021/2022 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Romeronun "Mançester Yunayted"lə müqaviləsi ötən mövsümün sonu başa çatıb. O, yeni klubuna azad agent kimi keçib.