Ulduz futbolçu klubsuz qaldı
İsveçrənin “Lütsern” klubu futbolçusu Holger Badştuberlə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya millisinin sabiq üzvü 2021-ci ilin yayından “Lütsern”də çıxış edirdi. O, daha əvvəl "Bavariya" və “Şalke”də də oynayıb.