Ulduz futbolçu komandasından narazıdır

Bu yay PSJ-yə transfer olunan Corcinyo Viynaldum (Georginio Wijnaldum) yeni klubu ilə bağlı təəssüratlarını bölüşüb. 

Sportline.az "Goal" saytına istinadən xəbər verir ki, futbolçu klubda özünü narahat hiss etdiyini deyib:

"PSJ-də hər şeydən razı qaldığımı deyə bilmərəm. Narahatçılıq keçirirəm. Vəziyyət istədiyim kimi deyil. Son illərdə həmişə çox oynamışam, həmişə formada olmuşam və yaxşı oyun nümayiş etdirmişəm. İndi hər şey fərqlidir, hələ kluba alışmalısan. Karyeramda yeni bir addım atmağa hazırlaşırdım, amma burada çox çətindir.

Bu, futboldur, bu kimi problemlər öhtəsindən gəlməyi öyrəşməliyəm. Mən mübarizəm. Pozitiv bir mövqe saxlamalı və vəziyyəti dəyişdirmək üçün çox çalışmalıyam".

Xatırladaq ki, Viynaldum keçən yay PSJ-yə "Liverpul"dan azad agent olaraq keçib.