Ulduz futbolçu milliyə çağırıldı
"Milan"ın ulduz futbolçusu Zlatan İbrahimoviç İsveç millisinə dəvət alıb.
Sportline.az xəbər verir ki, məlumatı ölkənin futbol ittifaqının rəsmi saytı yayıb.
Xəbərə görə, 40 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Gürcüstan (11 noyabr) və İspaniya (14 noyabr) ilə oyunlar üçün yığmanın heyətinə cəlb olunub.
Qeyd edək ki, 2001-ci ildən İsveç millisində çıxış edən İbrahimoviç 118 görüşdə iştirak edib və 62 qola imza atıb.
Xatırladaq ki, Zlatan milli forması ilə ilk qolunu 2001-ci ildə Azərbaycan yığmasına vurub.