Ulduz futbolçu Qətər komandasına keçdi

İngiltərənin “Everton” klubunun futbolçusu Xames Rodriqes karyerasını Qətərdə davam etdirəcək.

Sportline.az xəbər verir ki, “Ər Rayan” klubu 30 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə klubun Tvitter səhifəsi məlumat yayıb. Kolumbiyalı oyunçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, “Real”, "Bavariya" kimi klublarda çıxış edən Xames 2020-ci ildən “Everton”da oynayırdı.