Ulduz futbolçudan azarkeşə sərt cavab

"İnter"in argentinalı hücumçusu Lautaro Martines sosial şəbəkədə azarkeşə verdiyi cavabla gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, "İnter" fanatının klubda nə qədər qazandığı ilə bağlı sualını sərt cavablandırıb.

"Mənim "İnter"ə necə can yandırdığımı heç vaxt unutma. Başqaları rahat şəkildə dünya çempionatına hazırlaşdığı dönəmdə mən pəncəmdəki zədədən əziyyət çəkirdim. Buna baxmayaraq, bütün mövsüm, Çempionlar Liqasının finalınadək meydana çıxdım və komandamın uğurları üçün var gücümü ortaya qoydum. Qazancımla maraqlanmaqdansa, belə həqiqətləri nəzərə al", - deyə Martines sosial şəbəkə hesabında azarkeşə fikrini açıqlayıb.

Qeyd edək ki, argentinalı futbolçu "İnter"in əcnəbi futbolçuları arasında ən yaxşı bombardiri ünvanına sahibdir.

O, Milan təmsilçisinin forması ilə meydana çıxdığı oyunlarda 134 qola imza atıb.