Ulduz futbolçudan bəd xəbər
PSJ-nin futbolçusu Serxio Ramos zədə səbəbindən daha 1 oyunu buraxacaq.
Sportline.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Liqa 1-in 18-ci turunda "Monako" ilə görüşdə iştirak etməyəcək. Ramos zədəsini yeni bərpa edib və fərdi məşqlər edir. Məşqçilər korpusu onunla bağlı risk etmək istəmir.
Qeyd edək ki, sabah keçiriləcək PSJ – "Monako" matçı saat 23:45-də başlayacaq.