Ulduz futbolçunun yeni klubu

2016-2018-ci illərdə "Beşiktaş"da oynayan Anderson Taliskanın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Al Nassr" klubuna transfer olunub. Bu barədə Səudiyyə Ərəbistanının təmsilçisinin saytı məlumat yayıb. 27 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Taliskanın son klubu "Quançjou Everqand" (Çin) olub.