Ulduz futbolçu təcavüzdə ittiham olunur

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi adı açıqlanmayan bir qıza təcavüz etdiyinə görə rəsmi şəkildə ittiham olunub.

Sportline.az xəbər verir ki, "RMC Sport" məlumat yayıb. 24 yaşlı müdafiəçi ötən gün axşam dindirilib. Bundan sonra hakim ona ittiham elan edib və futbolçu məhkəmə nəzarətinə verilib.

Fevralın sonunda Əşrəfin zorlamada ittiham olunduğu məlum olub. Lakin məlumatlara görə, rəsmi ittihamadək PSJ Hakimi ilə yolları ayırmaq niyyətində olmayıb.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsüm Liqa 1-də 21 oyunda 4 qol vurub və 3 qolun ötürməsini verib.

Banner