Ümit Özat İkardiyə verdiyi sözə əməl etdi

"Mauro İkardi 20 qol vursun saçımı qırmızı boyayacam" deyən "Fənərbağça"nın sabiq futbolçusu Ümit Özat verdiyi sözü tutdu.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, Ikardi “PSJ”dən “Qalatasaray”a transfer olan zaman Ümit Özat “İkardi mövsüm boyunca 20 qol vurarsa saçımı sarı qırmızı rəngə boyadacağam” demişdi.

Mövsümü 21 qolla tamamlayan İkardi paylaşım edərək Özatı etiketləyib və "Sözünü tutma zamandır. Mən və azarkeşlər bunu gözləyirik”- deyib.

Ümit Özat isə vədinə əməl edərək saçını qırmızı boyadaraq video paylaşıb.