Uruqvaylı futbolçu "Krasnodar"a transfer olunub
"Malyorka" və "Krasnodar" 29 yaşlı futbolçu Covanni Qonzalesin transferi barəsində razılığa gəliblər.
Sportline.az xəbər verir ki, müdafiəçi Rusiya klubu ilə 2027-ci ilə qədər razılıq əldə edib.
"Krasnodar" bu transfer qarşılığında "Malyorka"ya 4 milyon avro ödəyib.
Ciovanni Uruqvayın "River Pleyt" klubunun yetirməsidir. Ötən mövsüm İspaniya La Liqasında 42 oyuna çıxan futbolçu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Ciovanni Uruqvay milli komandası ilə 17 oyuna çıxıb.