Uşu üzrə dünya çempionatında idmançılarımız uğurla çıxış etdilər
3-11 dekabr tarixlərində İndoneziyanın Tanqeranq şəhərində uşu üzrə gənclər arasında 8-ci dünya çempionatı keçirilib.
Sportline.az xəbər verir ki, 63 ölkədən 900–dən çox idmançının iştirak etdiyi çempionat çox yüksək səviyyədə təşkil olunub. Yarışlar adəti üzrə taolu və sanda üzrə keçirilib. Ölkəmizi bu mötəbər yarışda 5 idmançı - yeniyetmələr arasında Elçin Muradov, Raul Səfərov, gənclər arasında Natiq Əliyev, Amin Əlili, Məhdi Həsənov, gənclərin baş məşqçisi Elçin Eminov və AUF Prezidenti Azər Həsənsoyla təmsil olunub.
Gərgin keçən yarışlarda 52 kq-da çıxış edən Raul Səfərov, 56 kq-da çıxış edən Amin Əlili bürünc medal qazanıb. Bu, gənclər arasında dünya çempionatında Azərbaycan komandasının son illərdə yüksək nəticəsidir.
Dünən gecə Vətənə dönən idmançılarımız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşğu ilə qarşılanıb.