Valverde: “Göndərmək istəsələr, gərək məni öldürsünlər”

”Real Madrid”in oyunçusu Fede Valverde klubdan ayrılması ilə bağlı kəskin açıqlama verib.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, 26 yaşll uruqvaylı yarımmüdafiəçi bunun heç vaxt olmayacağını deyib:

Heç vaxt “Real Madrid”dən ayrılmayacam. Məni göndərmək istəsələr, gərək məni öldürsünlər. “Real”a sevgimi heç nə ilə müqayisə edə bilmirəm".

Qeyd edək ki, Federiko Valverde 18 yaşından 2017-ci ildən etibarən "Real"ın əsas komandasında oynayır. Müdafiəyə meylli yarımmüdafiəçi 200 oyun keçirib, 19 qolu da var.