Van Deyk İspaniya nəhənginə transfer olmaq istəyir
"Liverpul"un kapitanı Vircil Van Deyk karyerasını "Real Madrid"də davam etdirmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Defensa Central" nəşri məlumat yayıb.
33 yaşlı müdafiəçi "Liverpul"la yeni müqavilə imzalamaq niyyətində deyil. Niderlandlı futbolçunun Mersisayd klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Van Deyk bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.