Van Deyk seçim etdi: Ronaldo, yoxsa Messi?

"Liverpul"un futbolçusu Vircil Van Deyk Lionel Messi (PSJ) ilə Kriştiano Ronaldo ("Mançester Yunayted") arasında seçim edib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçuya üstünlük verib: "Messi hələ də dünyanın ən yaxşı oyunçusudur. O və Ronaldo son onilliklər ərzində təəccüblü rekordlara nail oldular. Amma mən Messini seçərdim. Çünki bizdə 2019-cu ildə Barselonada çətin gecə idi".

Qeyd edək ki, Messi "Qızıl top"un altıqat, Ronaldo isə beşqat sahibidir.