Vəli Qasımov: "Ümid edirəm ki, stadion dolacaq"

"Ümid edirəm ki, stadion dolacaq".

Bunu Sportline.az saytına açıqlamasında veteran futbolçumuz Vəli Qasımov "Qarabağ" - "Qalatasaray" matçı barədə danışarkən deyib.

O, bu xeyriyyə xarakterli təşəbbüsü yüksək qiymətləndirib: "Həm reklam, həm də yoldaşlıq baxımından da əla təşəbbüsdür. Azərbaycan türk futbolunun fanatları çoxdur. "Qalatasaray"ın da kifayət qədər azarkeşi var. "Qarabağ" - "Qalatasaray" matçının stadionumuzda təşkili möhtəşəm addımdır. İşlərimlə əlaqədar stadionda olmayacağam, amma televiziya vasitəsilə oyuna mütləq baxacağam".