Velosipedçimiz Slovakiyada 3-cü oldu
Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya Turu ölkəmizin "Synergy Baku" kontinental komandası üçün uğurlu sonluqla başa çatıb. Belə ki, velosipedçimiz Kiril Pozdnyakov ümumi sıralanmada fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Yarışın 2-ci mərhələsində finiş xəttini 2-ci keçməklə ümumi təsnifatda 3-cü pilləyə yüksələn Pozdnyakov, bu mövqeyini sonadək qoruyub və beşgünlük yarışın qalibi, İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Mauro Finettodan cəmi 9 saniyə geri qalıb.
Xatırladaq ki, 23 komandanın çıxış etdiyi yarışda "Synergy Baku" Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunub.