Veqhorst transferinə Sneyder əngəli: "Zarafatdır bu?!"

Uesli Sneyder həmyerlisi Vout Veqhorstun "Mançester Yunayted"ə transferilə bağlı ciddi açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, bu keçidə təəccübləndiyini bildirən Sneyder belə deyib:

"Zarafatdır bu?! O, həqiqətən də "Mançester Yunayted"in ehtiyacı olduğu hücumçudur? Premyer Liqada onun kimi ən az 300 hücumçu var".