"Verder Bremen" Andre Silvanı transfer edib
"Leipziq"in portuqaliyalı futbolçusu Andre Silva karyerasını "Verder Bremen"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda "Verder"in mətbuat xidməti məlumat yayıb.
A.Silva mövsümün sonunda qədər icarə əsasında "Verder Bremen"də çıxış edəcək.
Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 15 matçda 1 qol və 3 asistlə yadda qalıb.