“Kəpəz” “Şamaxı”ya, “Zirə” “Sabah”a qarşı
Misli Premyer Liqasında 18-ci turun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Günün ilk qarşılaşmasında “Kəpəz” Yevlaxda “Şamaxı”nı sınağa çəkəcək. Hazırda Gəncə klubu 12 xalla 11-ci, “Şamaxı” isə 20 xalla 8-ci pillədə qərarlaşıb.
Bu komandaların ilk dövrədəki oyununda Azər Bağırovun komandası Şamaxıdan 4:1 hesablı qələbə ilə qayıdıb.
Günün ikinci matçında “Zirə” öz meydanında “Sabah”ı sınağa çəkəcək. Hazırda Rəşad Sadıqovun komandası 29 xalla 5-ci pillədə qərarlaşıb. “Sabah” 40 xalla liderdir.
Masazır təmsilçisi son 6 turda xal itirmədiyi halda, “Zirə” ardıcıl 4 görüşdür qələbəyə həsrətdir.
Bu komandaların ilk dövrədəki görüşü “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
31 yanvar (şənbə)
14:30. “Kəpəz” - “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Asiman Əzizli
Yevlax şəhər stadionu
17:00. “Zirə” - “Sabah”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Rəhman İmami
Zirə İdman Kompleksinin stadionu
1 fevral (bazar)
16:00. “Araz - Naxçıvan” - “Neftçi”
18:30. “Qarabağ” - “Turan Tovuz”
30 yanvar (cümə)
“Karvan-Yevlax” - “Sumqayıt” - 0:2
“Qəbələ” - “İmişli” - 3:2