"Vest Hem" heyətini qapıçı ilə gücləndirib

İngiltərə klubu "Vest Hem" qapısına təcrübəli bir futbolçunu transfer edib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Çəkicdöyənlər" "Şeffild Yunayted"lə müqaviləsi başa çatan Ves Foderinqemi rənglərinə bağlayıb.

33 yaşlı qolkiper ötən mövsüm 31 oyuna forma geyinib və qapısında 79 qol görüb.

Qeyd edək ki, ingiltərəli Ves Foderinqem daha əvvəl "Reyncers" və "Suindon Taun" komandalarının uğurları üçün çalışıb.