Veteran futbolçu niyə ailəsilə danışa bilmir?

Uels millisinin və "Liverpul"un sabiq futbolçusu Kreyq Bellami (Craig Bellamy) "Anderlext"də baş məşqçi Vensan Kompaninin (Vincent Company) köməkçisi vəzifəsindən istefa verib. 

Sportline.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 

Buna səbəb 42 yaşlı mütəxəssisin ağır depressiya keçirməsi olub.

"Depressiv vəziyyətim gündən-günə ağırlaşırdı. Üç gündür evdə ailəmlə danışa bilmirəm. Nə həyat yoldaşım, nə də uşaqlarımla ünsiyyət qura bilmirəm. Evə gələndə özümü bir otağa həbs edib ancaq yatıram. Depressiya ilə mübarizə aparmağın yeganə yolu işimi tərk etmək idi".

Xatırladaq ki, futbolçu İngiltərə Premyer Liqasında 500-dən çox oyun keçirib və 170 qol vurub.