Məmmədyarov və Rəcəbov mükafatsız qaldı
Hollandiyada "Tata Steel Masters" turniri sona çatıb. SportLine.az xəbər verir ki, Veyk-an-Zedə təşkil olunan yarışın növbəti günündə iştirakçılar sonuncu tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun rəqibi Rusiya qrossmeysteri Vladimir Fedoseyev olub. Dueldə qalib müəyyənləşməyib.
Teymur Rəcəbov isə digər rusiyalı - Yan Nepomnyaşşiylə "sülh bağlayıb".
Beləliklə, T.Rəcəbov 6,5 xalla 7-ci, Ş.Məmmədyarov isə 11-ci olub. Turnirin qalibi adına Norveç şahmatçısı Maqnus Karlsen yiyələnib.
27 yanvar 2019
"Tata Steel Masters"
13-cü tur
Aniş Giri (Hollandiya) ⚪ - ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Yan Nepomnyaşşiy (Rusiya) ⚪ - ⚫ Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) ⚪ - ⚫ Samuel Şanklend (ABŞ) - 0:1
Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ Vladimir Fedoseyev (Rusiya) - 0,5:0,5
Rixard Rapport (Macarıstan) ⚪ - ⚫ Yorden Fan Forest (Hollandiya) - 1:0
Vişvanatan Anand (Hindistan) ⚪ - ⚫ Santoş Qucrati Vidit (Hindistan) - 0,5:0,5
Yan-Kristof Duda (Polşa) ⚪ - ⚫ Liren Dinq (Çin) - 0,5:0,5
Turnir cədvəli
1. Maqnus Karlsen (Norveç) - 9
2. Aniş Giri (Hollandiya) - 8,5
3. Yan Nepomnyaşşiy (Rusiya) - 7,5
3. Vişvanatan Anand (Hindistan) - 7,5
3. Liren Dinq (Çin) - 7,5
6. Santoş Qucrati Vidit (Hindistan) - 7
7. Teymur Rəcəbov (Azərbaycan) - 6,5
7. Samuel Şanklend (ABŞ) - 6,5
8. Rixard Rapport (Macarıstan) - 6,5
10. Yan-Kristof Duda (Polşa) - 5,5
11. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 5
11. Vladimir Fedoseyev (Rusiya) - 5
13. Yorden Fan Forest (Hollandiya) - 4,5
13. Vladimir Kramnik (Rusiya) - 4,5