Vilfred Zaha heyətdən uzaqlaşdırıla bilər

"Qalatasaray"dan icarə əsasında "Lion"a transfer olunan Vilfred Zaha intizamsız hərəkətlərinə görə Fransa klubunun heyətindən kənarda qala bilər.

Sportline.az xəbər verir ki, bu barədə "Lyon Foot" nəşri məlumat yayıb.

"Lion"da istənilən performansı göstərə bilməyən 31 yaşlı hücumçu cəmi 1 oyunda meydana çıxıb.

Qeyd edək ki, futbolçu bu mövsümün sonunda "Qalatasaray"a qayıdacaq. Onun İstanbul klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.