Villian İngiltərəyə qayıdır

"Çelsi"nin sabiq futbolçusu Villian karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Fulhem" Villianı azad agent kimi heyətinə qatacaq.

Transferin bu həftə reallaşacağı gözlənilir.

Qeyd edək ki, Villian karyerası ərzində "Korintiyans", "Şaxtyor", "Anji", "Çelsi", "Arsenal" və "Fulhem" kimi klublarda çıxış edib.