Vinisius Junior 1 milyard avrodan imtina etdi
Vinisius Junior karyerasını "Real"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, braziliyalı forvard Səudiyyə Ərəbistanından gələn gözqamaşdırıcı təklifdən imtina edib.
Bu haqda "Cadena SER" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə səudiyyəlilər 24 yaşlı futbolçuya 5 illik müqavilə üçün 1 milyard avro təklif ediblər.
Onun "Real"la müqaviləsini 2-3 il müddətinə uzadacağı gözlənilir.
Qeyd edək ki, ulduz forvard 2018-ci ildən "Real"ın formasını geyinir.