Vinisius maaşının artırılması istəyir

"Real Madrid"in brazilyalı ulduz futbolçusu Vinisius Junior klub rəhbərliyindən maaşının artırılması tələb edib.

Sportline.az xəbər verir ki, 25 yaşlı oyunçu həftəlik maaşının 380 min avro olmasını istəyir.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, Vini hazırda həftəlik 280 min avro maaş alır.

O, cari mövsüm meydana çıxdığı 16 matçda 6 qol, 5 məhsuldar ötürmə müəllifi olub.