Volkan Dəmirəl Super Liqaya dönür

"Hatayspor"dan ayrıldıqdan sonra 6 ay idi ki işsiz olan Volkan Dəmirəl yenidən Super Liqaya dönür.

Sportline.az xəbər verir ki, bu haqda ntvspor.net saytında məlumat yayılıb.

Mənbənin bildirdiyinə görə, o, məşqçi karyerasını "Bodrumspor" klubunda davam etdirə bilər.

Uğursuz çıxışla diqqət çəkən Bodrum təmsilçisində baş məşqçi İsmət Daşdəmirin istefaya göndəriləcəyi gözlənilir. 

Qeyd edək ki, son turda "Fənərbağça"ya 0-2 hesabı ilə uduzan "Bodrumspor" 10 xalla Super Liqada 13-cü yerdə qərarlaşıb.