"Vüqar Həşimov" Avropa Kubokuna qələbə ilə start verdi

Şimali Makedoniyanın Struqa şəhərində şahmat üzrə klublararası Avropa Kuboku turniri start götürüb.

Sportline.az xəbər verir ki,  Azərbaycanı yarışda təmsil edən "Vüqar Həşimov" klubu ilk turda İrlandiyanın "Qonzaqa" komandası ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 4,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız növbəti turda Moldovanın "Perfekt" kollektivi ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət Avropa Kubokuna sentyabrın 25-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 44 min avrodur.

Klublararası Avropa Kuboku
I tur

"Vüqar Həşimov" (Azərbaycan) - "Qonzaqa (İrlandiya) 4,5:1,5
Kiril Şevçenko - Ravi Hariya 0,5:0,5
Vüqar Əsədli - Konor O'Donnel 0,5:0,5
Aydın Süleymanlı - Tarun Kanyamarala 1:0
Ülvi Sadıqov - Trişa Kanyamarala 1:0
Əhməd Əhmədzadə - Conatan Peyn 0,5:0,5
Murad İbrahimli - Piter Kerrol 1:0