"VUR Baku Football Cup" başladı

Aprelin 1-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “VUR Baku Football Cup” futbol turniri start götürüb.

Sportline.az xəbər verir ki, yeniyetmələr arasında keçirilən turnir mayın 14-dək davam edəcək.

16 komandanın iştirakı ilə baş tutan turnir Su İdmanı Sarayında keçirilır. Final matçı mayın 14-də baş tutacaq.

Turnir “CİS Caspian İnteqrasiya Sistemləri” və “Universal Reklam” agentliyinin təşkilatçılığı, AMF və AFFA-nın dəstəyi ilə keçirilir.

Turnirin Baş Sponsoru “Gavalı Azərbaycan”, sponsorlar “Daşlı Bulaq suları”, “Allstar” və “Math You Can” şirkətləridir.