Vüsal İsgəndərli də komandasına kömək edə bilmədi

Türkiyə çempionatının 1-ci liqasında IV turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu komanda növbəti matçına çıxıb.

“Keçiörengücü” səfərdə “Samsunspor”a 0:2 hesabı ilə uduzub. Start heyətində yer alan Vüsal 73-cü dəqiqədə əvəzlənib. Dörd turdan sonra "Keçiörengücü"nün hesabında 4 xal var.