Xalları silinən komanda etiraz edir

"Yuventus" İtaliya Futbol Federasiyası tərəfindən A seriyasında bu mövsüm 15 xalının silinməsinə etiraz edib.

Sportline.az xəbər verir ki, bu haqda İtaliya Beynəlxalq Olimpiya Komitəsi açıqlama yayıb. Açıqlamada bildirilib: "Yuventus" maliyyə qaydalarının pozulmasına görə İtaliya Futbol Federasiyası tərəfindən A seriyasında 15 xalının silinməsinə etiraz edib. Turin klubu bu cəzanın ləğv olunmasını istəyib".

Qeyd edək ki, yanvarın 20-də maliyyə fırıldağına görə "Yuventus"un A seriyasında 15 xalı silinib.

Banner