Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyi yaradıldı
Bu günlərdə Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyi yaradılıb. Bu haqda Sportline.az saytına qurumun rəhbəri - kikboks üzrə dünya çempionu Hafiz Baxşəliyev məlumat verib: " Bu yaxınlarda, belə bir ideya irəli sürüldü. Biz də bu gözəl təklifi dəyərləndirib Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyi yaratdıq. Məsləhət gördülər ki, birliyin sədri mən olum. Məqsədimiz Azərbaycandan kənarda idman sahəsində fəaliyyət göstərən soydaşlarımızla sıx əlaqə qurmaq və bir-birimizə dəstək olmaqdır. Yəqin ki, quruma xeyli həmvətənimiz üzv olacaq. Dəqiq sayını deyə bilmərəm, amma, hazırda yarışlarda iştirak edənlərlə yanaşı, veteran və yeniyetmə idmançılarımız da var. Əsas məqsədlərimizdən biri də, xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda Azərbaycan idmançılarını yaxından dəstəkləməkdir. ". Qeyd edək ki, sözügedən qurumun mərkəzi London şəhərində yerləşəcək.