"Xəzər" Türkiyə klubundan güclü oldu
Antalyada təlim-məşq toplanışında olan "Xəzər" növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Kəmərspor" kollektivi olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Ramil Həsənov dublu "Xəzər"ə qələbə qazandırıb.
Qeyd edək ki, "Xəzər"in Antalyada daha 3 yoxlama oyunu nəzərdə tutulub.