Xudiyev Niderland millisinin oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev AVRO-2024-ün seçmə mərhələ oyununa təyinat alıb.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, B qrupunun II turunda keçiriləcək Niderland – Cəbəllütariq matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, martın 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Banner