Xviça Kvaratsxeliya mövsümün startını buraxacaq
"Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya yeni mövsümün startını buraxa bilər.
Sportline.az Tuttosport nəşrinə istinadla xəbər verir ki, onun dizindəki zədənin daha ciddi olduğu üzə çıxıb.
Gürcü futbolçunun diz bağlarının zədələndiyi bildirilir.
Bununla əlaqədar olaraq onun mövsümün ilk turlarında meydana çıxacağı sual altındadır.
Qeyd edək ki, "Napoli" yeni mövsümə avqustun 19-da "Frozinone" ilə oyunla start verəcək.