Xviça Kvaratsxeliya qərar verdi
Xviça Kvaratsxeliya "Napoli" ilə müqaviləni uzadacaq.
Sportline.az "Foot Mercato"ya istinadla xəbər verir ki, gürcü yarımmüdafiəçi neapollularla yeni anlaşma imzalamağa razılığını bildirib.
Yeni müqavilənin müddəti 2028-ci ilədək olacaq.
Razılaşmaya əsasən Kvaratsxeliyanın qazancı 1 milyon avrodan 2,5 milyon avroya yüksələcək.
Transferə gəldikdə isə, "Napoli" rəhbərliyi Xviçanı yalnız 2024-cü ildən sonra 100 milyondan aşağı olmayan məbləğə satmağa hazır olduğunu açıqlayıb.