"Yaşadıqlarım sadəcə inanılmazdır"
Millimizin sabiq üzvü Rüfət Dadaşov "Şalke"nin əsas heyətində debüt etməsilə bağlı paylaşım edib.
Sportline.az xəbər verir ki, o, özünün "İnstaqram" hesabında bununla bağlı yazıb:
"Son bir neçə həftə ərzində yaşadıqlarım sadəcə inanılmazdır. 30 yaşında 2-ci Bundesliqada debüt etmək şansı qazanmaq, özü də “Şalke” kimi möhtəşəm klubda bunu etmək sadəcə heyrətamizdir. Bunu mənim üçün mümkün edən hər kəsə təşəkkür edirəm! Həmçinin U-23 heyətindəki komanda yoldaşlarıma da minnətdaram. Xəyallarınızı yaşayın, özünüzə inanın və onlar üçün mübarizə aparın!".
Qeyd edək ki, R.Dadaşov 2-ci Bundesliqanın 16-cı turunda “Sankt-Pauli” və 17-ci turda “Nürnberq”lə görüşlərdə meydana çıxıb.