Yenə Mahir, yenə qol

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" yoxlama oyunu keçirib. 

Sportline.az xəbər verir ki, Varşava təmsilçisi klubun gənclərdən ibarət komandası ilə qarşılaşıb. "Legiya"nın əsas komandası 4:1 hesablı qələbə qazanıb. 

Mahir də bu görüşün iştirakçısı olub. O, 16-cı dəqiqədə fərqlənməyi də bacarıb. 

Qeyd edək ki, Mahir bu ilin iyun ayından "Legiya"da oynayır.