Yeniyetmə həndbolçuların Azərbaycan birinciliyi keçiriləcək

İyunun 3-də Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyi başlanacaq.

Sportline.az xəbər verir ki, yarışlarda Bakı (3 komanda) ilə yanaşı, Gəncə, Mingəçevir şəhərlərindən olan 2006-2008-ci il təvəllüdlü oğlanlar mübarizə aparacaqlar.

Aprelin 5-dək davam edəcək yarışlar Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Birinciliyin qaliblərinə diplom və hədiyyələr təqdim olunacaq.

Eyni zamanda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may - Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyi də  keçiriləcək.