Yunus Akgün “Fənərbağça” haqqında danışıb

“Qalatasaray”ın 24 yaşlı futbolçusu Yunus Akgün iddialı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az “ntsport.net”ə istinadən xəbər verir ki, Yunus Akgün bu mövsümdə “Qalatasaray”ın çempion olacağına inandığını bildirib.

“Bu mövsümdə düşünürəm ki, biz çempion olacayıq. Bunun üçün çox çalışırıq. “Fənərbağça” matçları bizim üçün çox önəmlidir. Bu mövsümdə biz qələbə qazandıq. O kluba qarşı qələbə qazanmağı vərdiş halına çevirmişəm”.

Qeyd edək ki, Yunus Akgün bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 5 qol və 1 asistlə yadda qalıb.