Yunus rəsmən "Milan"da
"Milan" amerikalı yarımmüdafiəçi Yunus Musanın transferini rəsmiləşdirib.
Sportline.az xəbər verir ki, bu haqda klubun saytında məlumat yayılıb.
20 yaşlı futbolçu milanlılarla 2028-ci ilədək müqavilə bağlayıb.
Qeyd edək ki, ABŞ millisinin üzvü 2020-ci ildən "Valensiya"nın formasını geyinirdi.