"Yuventus" Kenan Yıldıza yeni müqavilə təklif edəcək

"Yuventus" ulduz futbolçusu Kenan Yıldıza yeni müqavilə təklif etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda insayder Nikolo Şıkira məlumat yayıb.

20 yaşlı sol cinah vingerinin klubla hazırki sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Turin klubu Kenana illik 6 milyon avro maaş verəcək.