"Yuventus" Kenan Yıldıza yeni sözləşmə təklif edib
"Yuventus" futbolçusu Kenan Yıldızla yola davam etmək qərarına gəlib.
Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin klubu 20 yaşlı oyunçuya yeni müqavilə təklif edib.
K.Yıldızın hazırki sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm meydana çıxdığı 23 oyunda 9 qol, 7 asistlə yadda qalıb.